Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Facebook” qrup videozəng xidməti yaradır

“Facebook” qrup videozəng xidməti yaradır

Tarix: 25 Aprel 2020 12:52

Bakı. Trend:

“Facebook” şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır.

Trend-in məlumatına görə, yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

Onun sözlərinə görə, “Messenger Rooms” adı verilən proqramda videozəngə real vaxt rejimində 50 nəfərədək şəxs qatıla bilər.

Zənglərin müddəti ilə bağlı məhdudiyyət olmayacaq. Zəngə qoşulmaq üçün “Facebook” hesabının olması da tələb olunmayacaq.

M.Zukerberq əlavə edib ki, “Messenger Rooms” “WhatsApp” və “Instagram”da işləyəcək. Bu zaman da videozəng istidfadəçilərinin sözügedən platformalarda qeydiyyatı vacib olmayacaq.


Etiketlər:  Facebook qrup videozəng xidməti yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ