Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 13:56
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən 24 saat ərzində daha 76 nəfər koronavirusdan (COVID19) ölüb.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 5 650 nəfərə yüksəlib.
O əlavə edib ki, ötən sutka ərzində daha 1 134 nəfər koronavirusa yoluxub. İranda bu virusa yoluxanların sayı 89 328 nəfərə çatıb. Onlardan 3 096 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi İranda indiyədək 68 193 nəfərin sağaldığını deyib.
İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 410 mindən çox test həyata keçirilib.