Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 14:45
"Mənim göyçək, yaraşıqlı əmimoğlu - Rafael Dadaşov. Bizdən ayrılmağının 40 günü də tamam oldu. Gözümü açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova mərhum əmisioğlu, aktyor Rafael Dadaşovdan yazarkən qeyd edib. Müğənni 40 gün əvvəl dünyasını dəyişən Xalq artisti ilə bağlı iddia ortaya atıb:
"Sənin qoxun indi də burnumdan getmir. Heyif, sən xəstəxanaya düşəndə Bakıda olmadım. Ümumiyyətlə, məni xəbərdar etmədilər, məsləhətləşmədilər. Can sağlığınla, xəstəliyinlə, öz verilişlərində reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vasitəsilə ifşa edilən həkimlər buna görə incik düşüb, səni yaxşı müalicə etmədilər. Hətta vəziyyətinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər.
Türkiyədən qayıdıb Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə səni başqa xəstəxanaya yerləşdirdim, amma artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir, nəinki 2 ay.
Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu".
Qeyd edək ki, R.Dadaşovun qızı "Səni axtarıram" verilişinə çıxaraq atasının xəstəxanaya yerləşdirildiyini, həkimlərin ondan pul tələb etdiyini demişdi.