Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Arsenal” Obameyanqı satır – Maddi çətinliyə görə

“Arsenal” Obameyanqı satır – Maddi çətinliyə görə

Tarix: 25 Aprel 2020 15:52

“Arsenal” mövsümün sonu hücumçusu Pyer-Emerik Obameyanqı satmaq niyyətindədir.

Qol.az-ın “The Telegraph”a istinadən yaydığı xəbərə görə, Avropa və İngiltərədə hesab edirlər ki, 30 yaşlı futbolçu yayda başqa kluba transfer ediləcək. London klubunun koronavirus pandemiyasına görə üzləşdiyi maddi çətinlik səbəbindən qabonlu oyunçunu satacağı bildirilir.

Qeyd edək ki, “Arsenal”la Obameyanq arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar bir müddət əvvəl dayandırılıb. 2021-ci ildə onun müqaviləsi başa çatacağından istənilən kluba pulsuz keçə bilər. Ona görə də “topçular” məhz bu yay futbolçunu satmaqla gəlir götürmək istəyir.

 Daha öncə onunla “İnter”, “Barselona” və “Çelsi”nin maraqladığına dair xəbərlər yayılıb.

 


Etiketlər:  Arsenal Obameyanqı satır Maddi çətinliyə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ