Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 19:12
Ümumiyyətlə, bu kimi xidmətləri əngəlləmək qadağan ediləcək.
Rusiyada məşhur Teleqram messencerini əngəlləməyi qadağan edən qanun layihəsi hazırlanıb. Müvafiq qanun layihəsi Dövlət Dumasının deputatları Fedot Tumusov və Dmitri İonin tərəfindən yazılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, deputatlar qeyd edirlər ki, Teleqram dövlət qurumlarının rəsmi xidmətinə çevrilib.
"Məsələn, messencer vasitəsilə koronavirus haqqında məlumat yayılır. Bundan əlavə, dövlət hakimiyyətinin nüfuzuna xələl gətirmək üçün Teleqram-ı əngəlləmək cəhdləri olur. Lakin uğurlu alınmır",- deyə onlar bildiriblər.
Qanun layihəsi aprelin 21-də Baş nazir Mixail Misuştinə və Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Telekommunikasiya və Kütləvi İnformasiya Vasitələrinin rəhbəri Maksut Şadayevə göndərilib.
Qeyd edək ki, hazırlanan qanun layihəsi yalnız Teleqram-a aid deyil.
Qadağa fövqəladə vəziyyət dövründə rəsmi məlumat yayan bütün dövlət xidmətlərinə şamil olunur.