Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Levandovski Rummeniqeni qabaqlayır''

''Levandovski Rummeniqeni qabaqlayır''

Tarix: 25 Aprel 2020 21:44

"Bavariya" futbolçusu Tomas Müller komanda yoldaşı Robert Levandovski haqda danışıb.

Qol.az "Bild"ə istinadən xəbər verir ki, o, polşalı hücumçu haqda müsbət fikirlər səsləndirib: "Mən hələ əfsanələrin sırasına Levandovskini daxil edə bilmirəm, çünki o, mənim komanda yoldaşımdır.

Ancaq "Bavariya" tarixindəki ən yaxşı hücumçular haqqında danışsaq, onda Levandovski qollar və səmərəlilik baxımından Gerd Müllerdən dərhal sonra  gəlir. "Bavariya"nın əfsanəsi, Çempionlar Liqasının ikiqat qalibi, Avropa ilin oyunçusu və Avropa çempionu olan Rummeniqeni qabaqlayır. Bu, çox şey deyir.

Nəticədə titullar əfsanənin statusu üçün vacibdir".

 


Etiketlər:  Levandovski Rummeniqeni qabaqlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ