Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 23:20
Bakı. Trend:
Dünyada yeni növ koronavirusdan ölənlərin ümumi sayı 200 min nəfəri keçib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə xəstəlik hallarının qeyd edildiyi ölkələrdə hakimiyyət orqanlarının rəsmi açıqlamalarına, həmçinin mütəxəssislərin və medianın rəylərinə əsasən hesablamalarda bildirilib.
Ən son məlumatlara görə, dünyada ən azı 2 milyon 845 min insan koronavirusa yoluxub və onlardan 7,05 faizi (təxminən 200,5 min nəfər) ölüb.
Ən çox ölüm halları ABŞ-da qeydə alınıb ki, bu da dünyada baş verən bütün hadisələrin təxminən üçdə birini təşkil edir. Orada yoluxanların 5,67 faizi (52,1 min nəfər) vəfat edib. Ardınca isə İtaliya gəlir. Orada xəstələnənlərin 13,51 faizi ölüb - 26 384 nəfər. İspaniya dünyada üçüncü yeri tutur, burada xəstəliyə yoluxanların 10,24 faizi ölüb - 22 902 nəfər.