Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 07:56
Məlum olduğu kimi, müqəddəs Ramazan ayı başladı.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Ramazan ayı boyunca oruc tutan insanların diqqət etməli olduğu mühüm məsləhətlər var. Belə ki, oruc tutan şəxslər imsak vaxtı nisbətən yüngül qidalara üstünlük verməlidirlər.
Bundna başqa, bədənin su ehtiyacını təmin etmək üçün iftar və imsak arasında 2-2,5 litr su qəbul etmək lazımdır. İftara yüngül və az yağlı qidalarla başlamaq və aramla yemək məsləhətdir.
Yeməkləri az porsiyalar şəklində yeməlisiniz. Şirniyyat kimi qızardılmış və xəmirdən hazırlanmış təamlardan çəkinin. Mümkün olduqca südlü məhsullara üstünlük verin. İftar və imsak arasında meyvə yeyə bilərsiniz.
Həftədə ən az 3 dəfə davamlı olaraq yüngül şəkildə idmanla məşğul olmalısınız. Ramazan menyusunu hazırlayarkən süfrəyə hər qida növündən bərabər şəkildə qoymaq lazımdır.