Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” ter Ştegenlə danışıqları dayandırdı

“Barselona” ter Ştegenlə danışıqları dayandırdı

Tarix: 26 Aprel 2020 14:26

“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə danışıqları dayandırıb.

Qol.az İspaniya mətbuatına istinadən yazır ki, müqavilənin müddətinin uzadılması ilə bağlı tərəflər arasında qeyri-müəyyənlik var. Futbolçu və klub maliyyə məsələsində razılığa gələ bilmir. Koronavirus pandemiyasına görə yaranan maliyyə çətinliyindən sonra isə danışıqlara, ümumiyyətlə, fasilə verilib.

Bununla belə, Kataloniya təmsilçisi alman qapıçını saxlamaq istəyir. Elə futbolçu özü də hazırkı komandasında qalmaq arzusundadır. Amma futbolçu ilə “Yuventus” və “Bavariya”nın maraqlandığını nəzərə alsaq, ter Ştegenin gələcəkdə bu klublardan birinə keçəcəyi də istisna deyil.

 


Etiketlər:  Barselona Ştegenlə danışıqları dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ