Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 15:10
Fransanın "Monpelye" futbol klubunun koronavirusa yoluxmuş 23 yaşlı yarımmüdafiəçisi Junior Sambiya süni koma vəziyyətindən çıxarılıb.
"Qafqazinfo" "RTL France"a istinadən bildirir ki, bu barədə futbolçunun agenti Frederik Qerra danışıb.
Oyunçunun nümayəndəsinin sözlərinə görə, idmançını süni tənəffüs aparatından ayırıblar, lakin o, uzun müddət müalicə olunmalıdır.
Xatırladaq ki, J.Sambiya xəstəxanaya aprelin 24-də yerləşdirilmişdi.