Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mövqelərimiz pulemyotlardan atəşə tutuldu

Mövqelərimiz pulemyotlardan atəşə tutuldu

Tarix: 27 Aprel 2020 09:45

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Mövqelərimiz pulemyotlardan atəşə tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ