Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 13:27
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət Turizm Agentliyi tərəfindən karantin rejimində fəaliyyət göstərən bir sıra hotellərin əməkdaşları qoruyucu vasitələr, zəruri tibbi antiseptik vasitələr, gigiyena və sanitariya ləvazimatları ilə təmin edilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, Bakıda və regionlarda yerləşən bir sıra hotellər xaricdən gələn vətəndaşların yerləşdirilməsi üçün karantin rejimində fəaliyyətini davam etdirir.
Hotelçilik sənayesi hər zaman turizmin inkişafında əsaslı rol oynayan bir sahə kimi hazırda yaranan böhranlı vəziyyətlə əlaqədar öz dəstəyini əsirgəmir.
Dövlət Turizm Agentliyi hotelçilik sənayesinin nümayəndlərinə cəmiyyətimizin üzləşdiyi böhranlı vəziyyətdə sərgilədikləri nümunəvi vətəndaş mövqeyinə, insanlarımızın sağlamlığının qorunmasında göstərdikləri böyük dəstəyə görə təşəkkür edir, ictimai birliyin və sosial məsuliyyətin əhəmiyyətini anlayan sahibkarlara minnətdalığını bildirir.
Karantin rejimində istifadə olunan və istifadəyə hazırlanan hotellər tərəfindən sosial məsuliyyətə əməl olunması dövlətin bu sahədə siyasətinə birbaşa dəstəyin göstəricisi kimi qiymətləndirilir.