Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 19:00
Azərbaycanda SMS-li icazələrin müddətinin 2 saatdan 3 saata qaldırılması ilə Bakıda hərəkət artıb.
Yeni qaydalara görə, artıq bir çox geyim, kitab və gül mağazaları da fəaliyyətini bərpa edib. Bu səbəbdən şəhərdə müştəri çoxluğu hiss olunur.
Müxtəlif banklara məxsus bankomatların da qarşısında ara məsafə gözlənilmədən uzun növbələr yaranıb.
Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin martın 29-dan gücləndirilməsi ilə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılmışdı.
Sonxeber.net qafqazinfo-ya istinadən xüsusi karantin rejimi şərtlərinin yumşaldılmağa başladığı ilk gün Bakıdan çəkilən fotoları təqdim edir: