Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızım atasına həsrət qaldı'' - Gülay

''Qızım atasına həsrət qaldı'' - Gülay

Tarix: 27 Aprel 2020 20:55

"Karantin günlərində daha da kövrək oldum. Bunu virus yox, Allahın bir sınağı, imtahanı kimi qəbul etmişəm. Evdəyəm, heç yerə getmirəm. Övladımla vaxt keçirirəm".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Gündən-günə" verilişində qonaq olarkən deyib. Karantin günlərindən danışan ifaçı bütün gününü evində qızı ilə keçirdiyini söyləyib.

Gülay son günlər çox kövrəldiyini bildirib:

"Öz ayağımın üstündə duran xanımam, çox şeyi başa düşdüm. İnsan bilmir beş dəqiqə sonra başına nə gələcək. Çalışırıq ki, övladımıza gələcək quraq, nə istəyir edək. Bu olanlara qədər bu fikirlə yaşayırdım. İndi anladım ki, hər şeyin sahibi Allahdır. Hər gün başımı yastığa qoyanda yaş gözümdən süzülür. Hər gecə deyirəm ki, Allahın məsləhətinə şükür. Nəfəs alırıqsa, bu dəqiqənin dəyərini bilməliyik. Varlığımızı, gücümüzü dünya malına həsr etməməliyik. Əsas odur ki, yaşadıqlarımızdan nəticə çıxaraq".

Müğənni idmançı həyat yoldaşı Kamil Zeynallının qızı Sahiləni günlərlə görmədiyini söyləyib:

"Bu yardımlar hər dəqiqə olmalıdır. İnsan yalnız özünün, sevdiklərinin xoşbəxtliyi üçün çalışmalıdır. Hamı bilir ki, övladım atasıyla nəfəs alır. Dörd gün Kamil övladına yaxın gəlmədi. Uşaq zəng edirdi ki, ata gəlmirsən? Ata-bala bir-birinə həsrət qaldı. İnsan sağlamlığını riskə ataraq, yardım etdi. Uşaq bütün günü zəng edir ki, ata, gəl məni apar, gəl. Bütün günümüz uşağı başa salmaqla keçirdi. Mənim üçün övladımı başa salmaq çətin oldu".

Qadın xoşbəxtliyindən söz açan Gülay "Xanımlar hər zaman güzəştə getməyi bacarır. Amma bir yerə qədər. Qadın xoşbəxt olmaq üçün yaradılıb. Qadın susdusa, onu heç kim danışdıra bilməz. İnsan səbr edir, amma bir yerə qədər. İnsan nə vaxt gözünü yumacaq bilmir. Ona görə də həyatı xoşbəxt yaşamalısan. Bu da nə pul, nə var, nə dövlətlə alınıb. Allah sənə ağıl verib, onun sayəsində ev qur, maşın al. Son günlər çalışırdım böyük nələrsə əldə edim. Amma xoşbəxtçilik o deyilmiş" deyə, əlavə edib. 


Etiketlər:  Qızım atasına həsrət qaldı Gülay


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ