Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 06:24
Bakı. Trend:
Livan ordusunun hırbi qulluqçuları Tripoli şəhərində iğtişaşları dayandırmaq üçün havaya xəbərdarlıq atəşləri endirdi.
Trend-in məlumatına görə, bu barədə Al Mayadeen telekanalı bildirib.
Məlumata əsasən, bir sıra yerlərdə əsgərlər və etirazçılar arasında toqquşmalar baş verib. Ən az doqquz nəfər yaralanıb, hərbçilər arasında yaralılar da var.
Şəhər mərkəzindəki bank ofislərinə hücum edildi, təcavüzkar gənc dəstə pəncərələrini sındırdı və bankomatları zədələdi, otaqların birində yanğın baş verdi.
Etirazların yeni dalğası milli valyutanın (Livan funtunun) iki dəfədən çox dəyərdən düşməsi səbəb olub. Valyatunanın dəyərdən düşməsi qiymətlərin 60 faiz qalxmasına gətirib çıxarıb.