Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda son üç ayda 13 partlayış hadisəsi baş verib, 18 nəfər xəsarət alıb

Azərbaycanda son üç ayda 13 partlayış hadisəsi baş verib, 18 nəfər xəsarət alıb

Tarix: 28 Aprel 2020 10:18

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin I rübü ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 43% azdır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, partlayışlar zamanı 18 nəfər xəsarət alıb.

Ümumilikdə 2020-ci ilin I rübü ərzində respublika ərazisində 4 040 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2 000 hadisə və ya 98% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.


Etiketlər:  Azərbaycanda üç ayda partlayış hadisəsi baş verib nəfər xəsarət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ