Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq

Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq

Tarix: 28 Aprel 2020 12:48

Bakı. Trend:

Nigeriyada mayın 4-dən iri meqapolislərdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin yumşaldılması başlayacaq.

Trend-in məlumatına görə, Nigeriya karantin tədbirlərini ləğv edən ilk Afrika ölkəsi olacaq.

Qeyd olunur ki, karantin rejiminin əvəzinə iri şəhərlərdə saat 20:00-dan 06:00-dək komendant saatı tətbiq olunacaq.

Digər tədbirlərin də mərhələli şəkildə aradan qaldırılacağı bildirilib.

Qeyd edək ki, bu günədək Nigeriyada 1 335 nəfər koronavirusa yoluxub. Onlardan 255 nəfər sağalıb, 40 nəfər isə həyatını itirib.


Etiketlər:  Nigeriya karantin tədbirlərini ləğv edən Afrika ölkəsi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ