Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 13:20
Bakı. Trend:
Fransa koronavirus pandemiyası fonunda mart ayında qeydiyyata alınan işsizlərin sayı rekord həddə çatıb.
Trend-in məlumatına görə, mart ayında Fransada işsizlik səviyyəsi fevral ayı ilə müqayisədə 7,1 faiz və ya 243 min nəfər artıb.
Bu, işsizlik qeydiyyatının aparıldığı 1996-cı ildən etibarən ən yüksək artımdır.
Ümumilikdə Fransada işsizlərin sayı təxminən 3,5 milyon nəfərə çatıb.
Ölkədə işsizlərin sayının artımı 2009-cu ilin martında qlobal maliyyə böhranı ilə əlaqədar qeydə alınan rekordu 3 dəfə üstələyib.