Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 13:52
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda aprelin 27-dən etibarən karantin rejiminin yumşaldılmasının daşınmaz əmlak bazarında aktivliyin artmasına təsiri yoxdur.
Bu barədə Trend-ə açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov qeyd edib ki, daşınmaz əmlak bazarının aktiv iştirakçıları rieltor şirkətləridir:
“Onların işləməsinə hələ ki icazə verilmir. Eyni zamanda qiymətləndiricilərin də işləməsinə icazə verilmir. Alıcılar və satıcılara gəlincə isə, bunların da hərəsinə evdən çıxmaq üçün 3 saat vaxt verilir. Bu zaman ərzində evin alqı-satqısını reallaşdırmaq çətindir. Bu baxımdan karantin rejiminin yumşaldılması daşınmaz əmlak bazarına hələ ki təsir etmir”.
Ekspert bildirib ki, bu gün daşınmaz əmlak bazarında aktivlik ən aşağı səviyyədədir:
“Bu səbəbdən qiymətlər barədə nəsə demək çətindir. Daşınmaz əmlak bazarında aktivlik yalnız əsas bazar iştirakçılarına işləməyə icazə verildikdən sonra müşahidə edilə bilər”.