Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu xanım jurnalisti məhkəməyə verdi

Məşhur futbolçu xanım jurnalisti məhkəməyə verdi

Tarix: 28 Aprel 2020 17:42

"Fiorentina"nın fransalı ulduzu Frank Riberi xanım jurnalist Karin Le Marşanı məhkəməyə vermək niyyətindədir.

Sonxeber.net sportinfo.az-a istinadən xəbər verir ki, Riberi jurnalistin onu təhqir etdiyini iddia edir.

Karin instagram-da yazdığı statusda Riberinin fransız dilini yaxşı bilməməsini irad tutaraq, onu təhqir edib.

Riberinin vəkili məsələ ilə bağlı açıqlama verib: "Franka qarşı belə hərəkət yolverilməzdir. Belə yanaşma onu təhqir edir, üstəlik, sosial şəbəkə istifadəçilərini də ona qarşı yönəldir.

Onu da nəzərə almaq lazımdır ki, belə situasiyada zərər təkcə Riberiyə yox, həm də onun ailəsinə dəyir".


Etiketlər:  Məşhur futbolçu xanım jurnalisti məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ