Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2020 23:52
Twitter "zərərli məzmunlu" tvitləri bloklamağa başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu tvitlər arasında, xüsusilə, koronavirus pandemiyasını 5G texnologiyasına bağlayan, baza stansiyalarına zərər verməyə çağıran paylaşımlar yer alır.
Twitter-dən verilən açıqlamada bu addımın COVID-19 ilə bağlı yanlış məlumatların yayılmasının qarşısının alınmasına xidmət etdiyi deyilir.
Qeyd edək ki, sosial mediada bu tip konspirasiyalara tez-tez rast gəlinir. Virusun Çindəki laboratoriyalardan birində yaradılmasından tutmuş 5G səbəbindən yayıldığına qədər xeyli sayda şaiyələr gəzir.
Sözügedən addımı Feysbuk, Instagram və YouTube platformalarının rəsmiləri də atıb.