Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 00:16
PSJ mübarizəni davam etdirdiyi Çempionlar Liqası ilə bağlı qərarını verib.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu ölkədə sentyabra kimi matçların oynanılmamayacağı açıqlanmasına baxmayaraq, ÇL-də mübarizəni davam etdirmək qərarına gəlib. PSJ-nin ev oyununu ölkə xaricində keçirməyə razı olduğu vurğulanıb.
Məlumatı klubun sahibi Nasser El Xelafi təsdiqləyib. O, hökumətin qərarına hörmətlə yanaşdıqlarını və ölkə xaricində olsa belə, ÇL-də mübarizəyə davam edəcəklərini söyləyib.
Qeyd edəkk ki, PSJ ÇL-in 1/8 finalında "Borussiya"nı turnirdən kənarlaşdıraraq 1/4 finala yüksəlib.
Xatırladaq ki, Fransa çempionatında bu mövsüm koronavirus səbəbindən ləğv olunub.