Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olundu

Səhiyyə Nazirliyi: Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olundu

Tarix: 29 Aprel 2020 11:30

Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi tibb işçiləri üçün mayda nəzərdə tutulan sertifikasiya imtahanlarnın ləğvi barədə məlumat verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 4-nə qədər uzadıldığı əsas gətirilərək həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğv olunduğu qeyd olunub.

Yeni imtahan cədvəli hazırlandıqdan sonra, imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.

Əlavə məlumat almaq üçün (012) 433-08-93 nömrəli şəhər və (099) 8915000 nömrəli mobil telefonları ilə əlaqə saxlaya bilərsiniz.


Etiketlər:  Səhiyyə Nazirliyi Tibb işçilərinin sertifikasiya imtahanları ləğv olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ