Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 11:36
Koronavirusa görə dayandırılımış İngiltərə Premyer Liqası iyunun 13-də bərpa edilə bilər.
Qol.az "Mirror"a istinadən xəbər verir ki, liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib.
Böyük Britaniya hökümətinin bununla bağlı qərar verəcəyi gözlənilir. Mayın 1-i Premyer Liqa klublarının videokonfransı olacağı və bu məsələnin müzakirə ediləcəyi bildirilib.
Qeyd edək ki, Premyer Liqa 29-cu turda dayandırılıb. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" (57) 2-ci, "Lester" (53) 3-cü, "Çelsi" (48) xalla 4-cü, "Mançester Yunayted" (45) 5-cidir.