Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 13:52
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən 24 saat ərzində daha 80 nəfər koronavirusdan (COVID19) ölüb.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda 19 fevraldan bu günədək (29 aprel) koronavirusdan ölənlərin sayı 5 957 nəfərə yüksəlib.
Nazirlik rəsmisi bildirib ki, ötən sutkada daha 1 073 nəfərin bu virusa yoluxması ilə ümumilikdə İranda koronavirusa yoluxanların sayı 93 657 nəfərə çatıb. Onlardan 2 965 nəfərin vəziyyəti ağırdır.
Cahanpur deyib ki, indiyədək 73 791 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 453 mindən çox test həyata keçirilib.