Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 14:56
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xeyirxah çağırışına qoşularaq qanvermə aksiyasında iştirak edib.
Sonxeber.net xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, Agentliyin əməkdaşları irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı müayinə olunduqdan sonra götürülən qan yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.