Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 01:32
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 65 nəfər ölüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 65 xəstə dünyasını dəyişib".
Ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 611 nəfərə çatıb.