Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avrokomissar Aİ iqtisadiyyatının bərpa planını yay aylarında həyata keçirməyə çağırır

Avrokomissar Aİ iqtisadiyyatının bərpa planını yay aylarında həyata keçirməyə çağırır

Tarix: 30 Aprel 2020 07:36

Pandemiyadan sonra Avropa İttifaqının iqtisadiyyatının bərpa strategiyasının həyata keçirilməsinə 2020-ci ilin ikinci yarısında başlanılmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikri Aİ-nin iqtisadiyyat üzrə komissarı Paolo Centiloni "Les Echos" nəşrinə müsahibəsində bildirib.

"Məncə bu bərpa strategiyası dekabr ayında deyil, 2020-ci ilin ikinci yarısında başlamalıdır. Önümüzdəki həftələrdə bərpa mərhələsinə girəcəyik və bu mərhələdə bərpa strategiyamızı həyata keçirməliyik", - komissar deyib.

O, Aİ-nin ÜDM-nin ən az 10 faiz və ya 1.5 trilyon avroya yaxın fonda ehtiyacı olduğunu qeyd edib. "Ancaq unutmayaq ki, biz artıq tədbirlər görmüşük və məbləğin üçdə biri təşkil edilib", - deyə P.Centiloni qeyd edib.

Komissar koronavirusun yayılması səbəbindən yaranan böhranı görünməmiş adlandırıb.

"İqtisadi böhran 1929-cu ilin Böyük Depressiyadan sonra ən güclüsü olacaq. Gələn həftə ediləcək proqnozlarımızda Avrozonanın ÜDM-nin bu il 7.5 faiz azalacağını gözləyirəm", - P.Centiloni əlavə edib.

Milli.Az


Etiketlər:  Avrokomissar iqtisadiyyatının bərpa planını aylarında həyata keçirməyə çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ