Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 07:48
ABŞ hökuməti yaxın vaxtlarda amerikan neft sənayesi üçün böhrana qarşı plan hazırlayacaq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan müxtəlif məhdudiyyətlərin qaldırılması perspektivlərinə həsr olunan müxtəlif sənaye nümayəndələri ilə görüşdə söyləyib.
Jurnalistlər ABŞ rəhbərindən yeni koronavirusun yayılması və enerji qiymətlərinin düşməsi ilə əlaqədar yaranan iqtisadi böhran şəraitində ölkə administrasiyasının neft sektoruna dəstək verməsi ilə bağlı qərarların nə vaxt veriləcəyini soruşarkən D.Tramp məsələyə aid planın tezliklə hazırlanacağını bildirib.
"Biz neft şirkətlərimizin çətin vəziyyətdə olmasına imkan verməyəcəyik. Onların günahı deyil ki bir günün içində tələbat 50 faiz azalıb", - deyə prezident əlavə edib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti neft şirkətlərinə yardım göstərmək üçün müxtəlif planları nəzərdən keçirir.
"Biz təzəlikcə aviadaşıyıcıları xilas etdik. Digər şirkətləri və sənayeləri də xilas edirik. Deyərdim ki, neft sənayesi siyahının başında ən birincidir", - ABŞ administrasiyasının rəhbəri vurğulayıb.
D.Tramp ABŞ hakimiyyət orqanlarının mövcud vəziyyəti nəzərə alaraq birbaşa neft şirkətləri ilə qarşılıqlı əlaqədə olduğunu təsdiqləyib.