Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda narkobaron zərərsizləşdirilidi

Bakıda narkobaron zərərsizləşdirilidi

Tarix: 30 Aprel 2020 09:39

Bakı. Samir Əli - Trend:

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan dəstə yaxalanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, 1978-ci il təvəllüdlü N.Ağayev saxlanılıb.

Üzərinə baxış keçirilərkən ondan 2,136 qram marixuana, 1,328 qram heroin və 0, 293 qram metamfetamin aşkar edilib.

Əməliyyat zamanı N.Ağayevin mənzilinə baxış keçirilərkən onun tanışları 1991-ci il təvəllüdlü C.Ağayevdən 0,83 qram heroin, 1985-ci il təvəllüdlü T. Bünyatovdan isə 0,239 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Bakıda narkobaron zərərsizləşdirilidi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ