Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO)

Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO)

Tarix: 30 Aprel 2020 11:21

Bakı. Trend:

Məhz bu devizə sadiq qalaraq “Qayğı-sağlam nəsil naminə” İctimai Birliyi xüsusi karantin rejimi günlərində “Biz birlikdə güclüyük” şüarı altında dəstək aksiyasını davam etdirir. Birliyin nümayəndələri “Daun sindromlu şəxslərin reabilitasiya mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan və “Qayğı reablitasiya mərkəzi”ndə serebral iflicdən müalicə alan uşaqların ailələrinə növbəti dəfə yardım paylayıblar.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, bu çətin günlərdə, birliyin himayəsində olan hər bir uşağın səhhəti ciddi nəzarətdə saxlanılır, eləcə də onların ailə vəziyyətinə xüsusi diqqətlə yanaşılır.

“Evdə qal” şüarına uyğun olaraq birliyin himayəsində olan uşaqlar karantin rejiminin tələb etdiyi bütün qaydalara tam riayət edirlər.

“Qayğı-sağlam nəsil naminə” İctimai Birliyin nümayəndələri həmçinin aztəminatlı ailələrə və Qarabağ əlillərinə də baş çəkib, onlara ərzaq paylayıblar. Qeyd edək ki, "Qayğı - Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib.

İctimai Birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi” və “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” daxildir.

Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO) - Gallery Image Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO) - Gallery Image Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO) - Gallery Image Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO) - Gallery Image Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO) - Gallery Image Təbəssüm bəxş etmək istəyirsənsə, qayğını əsirgəmə! (FOTO) - Gallery Image


Etiketlər:  Təbəssüm bəxş etmək istəyirsənsə qayğını əsirgəmə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ