Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 12:12
Bakı. Elnur Bağışov - Trend:
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zehək rayonunun kəndlərindən birində iki tayfa arasında dava baş verib.
Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayətinin hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.
M.Qənbərinin sözlərinə görə, ov tüfəngi ilə açılan atəş nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar 7 nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin