Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR AQŞ və “Naftoqaz Ukrainı” səhmdar şirkəti gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

SOCAR AQŞ və “Naftoqaz Ukrainı” səhmdar şirkəti gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib

Tarix: 4 Iyun 2019 12:18

Bakı. Trend:

Bu günlərdə Ukraynanın “Naftoqaz Ukrainı” səhmdar şirkətinin kommersiya məsələləri üzrə direktoru Serqey Fedorenkonun başçılıq etdiyi nümayəndə heyəti SOCAR AQŞ-də olub.

Trend-in məlumatına görə, görüşdə Ukrayna nümayəndə heyəti müəssisənin həyata keçirdiyi qazma layihələri, əldə olunmuş nailiyyətlər və işçi personalının təkmilləşdirilməsi istiqamətində aparılan işlərlə yaxından tanış olub və müxtəlif təqdimatları izləyib.

Qonaqlar, həmçinin SOCAR AQŞ-nin bu günlərdə həyata keçirdiyi bir sıra mühüm qazma layihələri, o cümlədən olduqca mürəkkəb geoloji struktura malik ‘’Ümid-1’’ saylı özüldən SOCAR üzrə rekord dərinliyə- 6810 metrə qazılmış 16 nömrəli quyunun qazılması haqqında ətraflı məlumat əldə ediblər. İlk dəfə olaraq, ‘’Ümid’’ yatağında tətbiq edilmiş müxtəlif texniki həllər ukraynalı mütəxəssislərin böyük marağına səbəb olub.

Görüşdə tərəflər hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarla müəyyənləşdirmək üçün maraqlı fikir mübadiləsi aparıb.

SOCAR AQŞ-də təşkil olunan görüşlər sırasında nümayəndə heyəti SOCAR AQS Drilling School (Qazma Məktəbi) və istehsalat sahələrində də olublar.

İlk milli müəssisə olaraq, Xəzəryanı regionda Beynəlxalq Quyuya Nəzarət Forumunun (IWCf) Quyuya Nəzarət Təlim Proqramının 2, 3, 4-cü və Əsaslı Təmir zamanı Təzyiqin Nəzarətdə saxlanılmasıTəlim Proqramının 3-cü və 4-cü Səviyyələri üzrə akredatsiya olunmuş SOCAR AQŞ Qazma məktəbinin fəaliyyəti və öz unikallığı ilə seçilən müxtəlif peşə təlimi kursları ukraynalı həmkarlarda zəngin təəssürat yaradıb.

Qazma məktəbində keçirilən görüşdə gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və İstehsalat təcrübəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə müəssisə rəhbərliyinə təşəkkürünü bildirən Serqey Fedorenko iki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün xeyli perspektivlərin mövcud olduğunu qeyd edərək SOCAR AQŞ ilə birgə layihələrin icrasında maraqlı olduqlarını vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  SOCAR AQŞ Naftoqaz Ukrainı səhmdar şirkəti gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ