Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 16:10
E-sistemdə aktiv əmək müqaviləsi bildirişi olan 320 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılar üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) proqramına müraciət etmiş şəxslərdən 320 min şəxsin adına aktiv əmək müqaviləsi olduğu müəyyən olunub.
Qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" altsistemində aktiv əmək müqaviləsi bildirişi olan şəxslər işsiz hesab edilmirlər və onlara birdəfəlik ödəmə təyin edilmir.
Bu səbəbdən aktiv əmək müqaviləsi aşkar edilən həmin 320 min şəxsə ödəmənin verilməsindən imtina edilib və onlara göndərilən SMS-də imtinanın səbəbi göstərilib.
Vətəndaşların birdəfəlik ödəmənin alınması üçün etdikləri hər bir müraciət müxtəlif dövlət qurumlarının ümumilikdə 25 elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında emal olunur və nəticəsi əsasında qərar qəbul edilir.
Onu da bildirək ki, aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi işləri aparılır və bu günədək 500 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
Daha 100 min şəxsə də bu ödəmə veriləcək.