Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 16:50
Türkiyədə yaşayan müğənni Günel Zeynalova izləyicilərini hədələyib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi yeni şəkillərini paylaşaraq, "Siyah-beyaz" mahnısından sözlər yazıb. O, fotolarını tənqid edənləri isə "qara siyahı"ya atmaqla hədələyib:
"Deyilənlərə görə, yuxuları ağ-qara görürük. Amma diqqət etmədim, mənimkilər rənglidir. Demək istədiyim odur ki, bu həyat sənindir, necə baxarsan, elə də görərsən. Önəmli olan da gözəl baxmaqdır. Hüzur içində, kimisə üzmədən dünyadan getməkdir...
Şərhdə keçmiş halımla bağlı ən kiçik cümlə yazanı "qara siyahı"ya atacam. Bu aralar hamını silməyə başlamışam".