Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Artıq qeyri-leqal işçilər olmayacaq” - Xüsusi icazə problemi gündəmdə - VİDEO

“Artıq qeyri-leqal işçilər olmayacaq” - Xüsusi icazə problemi gündəmdə - VİDEO

Tarix: 30 Aprel 2020 17:10

Bir neçə gündür ki, məhdudiyyətləri aradan qaldırılan sahələrdə işləyən şəxslər pandemiyadan öncəki qaydada fəaliyyət göstərə bilmirlər. Nazirlər Kabinetinin qərarında bununla bağlı xüsusi bənd olmasa da, işçilərin öz iş yerlərinə yalnız xüsusi icazə əsasında gəlməsi tələb olunur.

Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb. 

Rəsul Seyidəliyev - Usta: "Sms-lə icazə alıb gəlib işlərimi görüb qayıdıram. Fiziki şəxs olduğumdan icazə ala bilmirəm".

Mahir Abbaszadə - Milli Məclisin deputatı: "Hansı sahələrə icazə verilibsə, o sahədə çalışan şəxslər Nazirlər Kabineti yanında Operativ qərargahın qəbul etdiyi onlayn sistemə əməl edərək, oradan özlərinə icazə alaraq fəaliyyətlərini davam etdirə bilərlər".

Artıq bəzi obyektlər var ki, onlar öz işçilərinə elektron icazə alaraq fəaliyyətə başlayıb. Amma əksər xidmət sahəsində icazə ilə bağlı problemlər qalmaqdadır.

Hamlet Bağışov - Obyekt sahibi: "Müştəri azdı, amma çalışırıq ki, dükan açıq olsun. İşçilər də icazə ilə gedib-gəlir. ASAN xidmətdən icazə almışıq".

Mütəxəssislər deyir ki, hüquqi şəxslərdə elektoron imza ilə bağlı problem olmasa da, fikizi şəxs, kiçik sahibkarlıq subyektlərində icazə ilə bağlı problem yaşanır.

Cavid Cəfərov - Hüquq eksperti: "Fərdi sahibkar öz işçilərini rəsmi qeydiyyata aldırıbsa, onlar sosial sığorta ödəyiciləridirsə, təbii onlara da öz işçisi kimi elektron imza ilə icazə ala bilər".

Ekspertlər deyirlər ki, bu qaydaların tətbiqi sanitar normaların qorunması ilə yanaşı, postpandemiya dövründə sahibkarlıq subyektlərinin şəffaflaşdırılması üçün vacibdir.

Cavid Cəfərov - Hüquq eksperti: "Pandemiya dövründə müəyyən olunmuş qaydalar davam edəcək. Artıq qeyri-leqal işçilər olmayacaq. İstər sahibkarlar, istərsə də işçilər, əmək müqaviləsi olmadan işləmək marağında olmayacaq".

Elektoron icazələr yaxın günlərdə iş rejimini bərpa edəcək digər xidmət sahələrinə də şamil ediləcək.


Etiketlər:  Artıq qeyri leqal işçilər olmayacaq Xüsusi icazə problemi gündəmdə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ