Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2020 21:54
Azərbaycan koronavirus və onun fəsadları ilə mübarizədə çox səmərəli tədbirlər görür ki, bunu da statistika və ölkədə sosial-iqtisadi vəziyyətin sabitliyi təsdiq edir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Yuri Şevtsov deyib.
O qeyd edib ki, Azərbaycan SSRİ-nin dağılmasından sonra çox çətin şəraitdə öz dövlətçiliyini uğurla qurub və bu, ölkənin istifadə etdiyi vasitələrin səmərəliliyini göstərir:
"İlk növbədə mən dövləti və onun institutlarını, ideologiyasını və sosial-iqtisadi vəziyyətə nəzarət üsullarını nəzərdə tuturam. Azərbaycan yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil oldu. Ölkə inkişaf etməyə və qonşularla münasibətləri möhkəmləndirməyə davam edir. Azərbaycan yeni inkişaf strategiyasını hazırlamaqla yeni dövrün çağırışlarını qəbul edə biləcək".
Politoloq əlavə edib ki, indi qlobal böhran başlayıb, əksər insanlar özünü itirmiş vəziyyətdədir:
"Kütləvi şüur şok keçirib və istənilən informasiyanı düzgün qəbul etməyə hazırdır. Amma dayanıqlı karantin rejimini tətbiq etmiş və cəmiyyətdə sabitliyi qoruyan bir sıra ölkələrin nümunəsində biz əks prosesi müşahidə edə bilərik".