Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriyada koronavirusa görə sərt özünü təcridetmə rejimi başa çatır

Avstriyada koronavirusa görə sərt özünü təcridetmə rejimi başa çatır

Tarix: 1 May 2020 02:40

Bakı. Trend:

Avstriya hakimiyyəti yeni koronavirusun yayılması ilə mübarizə məqsədi ilə 16 Martda tətbiq olunan evdən çıxmağına dair məhdudiyyətlərini 1 May tarixindən ləğv edir.

Tredn-in məlumatına görə, bu barədə Avstriya Sosial İşlər, Səhiyyə, İstehlakçıların Hüquqlarını Müdafiə Nazirliyinin fərmanında bildirilib.

Artıq əhaliyə iyunun 30-dan əvvəl ictimai yerlərdə ətrafdakılardan bir metr məsafədə olmaq, küçələrdə 10-dan çox nəfərdən ibarət qrupa toplaşmamaq, ictimai yerlərdə otaqda qoruyucu maskalar taxmaq əmri verilib.

Kütləvi tədbirlər keçirmək hələ də qadağandır.

14 aprel tarixindən etibarən Avstriya tədbirlərin yumuşaldılmasının birinci mərhələsində eyni vaxtda məhdud sayda alıcının olması şərti ilə kiçik dükanlar, tikinti və bağçılıq bazarları açdı. İkinci mərhələdə böyük mağazalar və xidmət müəssisələri açılır: bərbərxanalar, studiyalar, masaj salonları və s.


Etiketlər:  Avstriyada koronavirusa görə sərt özünü təcridetmə rejimi başa çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ