Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 13:36
“İordaniyaya ilə oyunda az oynayan futbolçular şans qazana bilərlər”.
Qol.az xəbər verir ki, bu sözləri Slovakiya millisinin üzvü Stanislav Lobotka yerli mətbuata açıqlamasında deyib. Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Xorvatiya ilə keçirəcəkləri oyunlar haqda danışan “Selta”nın 25 yaşlı yarımmüdafiəçisi Bakıda onlara asan olmayacağını bildirib:
“Azərbaycan əlverişsiz rəqibdir. Müasir futbol çox inkişaf edib. İndi hamı necə qaçmaq, zərbə vurmaq lazım olduğunu bilir. Bir sözlə bütün komandalar futbol oynamağı bacarırlar. Bakıdakı oyunun asan olacağını gözləmirik. Azərbaycan bizimlə doğma meydanda oynayacaq. Rəqibin kimliyindən asılı olmayaraq, evdə oynayan istənilən komanda narahatlıq yarada bilər”.
Qeyd edək ki, iyunun 11-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.