Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 14:00
Bakı. Sara İsrafilbəyova - Trend:
Yaxın zamanlarda Bakıda ilk Kiçik və Orta Biznes Evi (KOB) açılacaq.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi nəzdində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, KOB Evinin yaradılmasında əsas məqsəd operativliyi, şəffaflığı və sahibkarların maliyyə resurslarına rahat çıxışını təmin etməkdir.
O, həmçinin “Kiçik və Orta Biznesin Dostu” (DOST) strukturunun vacibliyini qeyd edib və əlavə edib ki, hazırda ölkənin 13 rayon və şəhərində bu şəbəkənin bölmələri fəaliyyət göstərir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin