Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda biznes kreditlərin payı artır

Azərbaycanda biznes kreditlərin payı artır

Tarix: 1 May 2020 13:16

2020-ci ilin aprelində Azərbaycanda banklararası pul bazarında illik faiz iki dəfə artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən ay illik faiz 4 faizdən 8 faizədək qalxıb.

Bundan başqa, E.Rüstəmov deyib ki, Azərbaycanda istehlak kreditləşməsinin azaldılması hesabına biznes kreditlərin payı artır və bu ölkənin müəyyən iqtisadi sektorlarında, ticarət, turizm və digər sahələrdə azalma fonunda müsbət proqnozlar verməyə imkan yaradır.

Bununla əlaqədar olaraq, uçot dərəcəsinin yuxarı həddinin bir faiz azalması kreditlərin ucuzlaşması hesabına kreditləşmənin inkişafına təkan verəcək.

Milli.Az


Etiketlər:  Azərbaycanda biznes kreditlərin payı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ