Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı, 40 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Azərbaycanda daha 50 nəfərdə koronavirus aşkarlandı, 40 nəfər sağaldı, 1 nəfər vəfat etdi

Tarix: 1 May 2020 17:09

Bakı. Trend:

Azərbaycanda saha 50 nəfərdə koronavirus aşkarlandı, 40 nəfər sağaldı, 1 nəfər vəfat etdi,

Trend xəbər verir ki, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 1854 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1365 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 464 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 146.630 test aparılıb.


Etiketlər:  Azərbaycanda daha nəfərdə koronavirus aşkarlandı nəfər sağaldı nəfər vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ