Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hərbi xidmətə qəbulun aparılması xüsusi qaydalarla tənzimlənəcək

Hərbi xidmətə qəbulun aparılması xüsusi qaydalarla tənzimlənəcək

Tarix: 1 May 2020 18:24

Hərbi hissələrdə xidmətini tamamlayanların evə dönməsi və hərbi xidmətə qəbulun aparılması prosesi xüsusi qaydalarla tənzimlənəcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı hərbi xidmətdə də qaydalara əməl edilməsə, insanları qorumaq çətin olar: "Bu baxımdan, hərbi xidmət sahələrində də karantin tədbirləri davam etdiriləcək".

R.Bayramlı əlavə edib ki, koronavirusdan ölən şəxslərin ailələri dövlətin diqqət mərkəzindədir: "Koronavirusla mübarizə aparan fədakar həkimlərin, peşəsi ilə əlaqədar müəyyən zərərgörənlərin təltif edilməsi və müəyyən adlarla mükafatalandırılması üçün hökumətlə koordinasiyalı şəkildə çalışacağıq".


Etiketlər:  Hərbi xidmətə qəbulun aparılması xüsusi qaydalarla tənzimlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ