Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 18:32
Niderlandda koronavirusa qarşı istehsal olunan ən effektiv dərmanın satışı dayandırılıb. Bu və digər məsələlərə orada yaşayıb, fəaliyyət göstərən siyasi xadim, Hüseynqulu xan Qacarın soyundan olan Fatma Aktaşla aydınlıq gətirdik.
Sonxeber.net publika.az-ın ölkəmizi Avropada layiqli təmsil edən siyasi xadim Fatma Aktaşla müsahibəsini təqdim edir:
- Niderlandda karantin rejimi davam edir. Lakin artıq dövlətin qərarı ilə bir sıra məkanlar, iş yerləri fəaliyyətini bərpa edib. Hətta 18 maydan etibarən məktəblər də açılacaq. Onu da deyim ki, insanlar duruma xüsusi həssaslıqla yanaşırlar. Hər kəs 2 metr məsafə qoruyur. Vəziyyət xeyli yaxşılaşıb. Lakin ehtimal var ki, bu durum xəstəliyin daha çox yayılmasına gətirib çıxaracaq. Odur ki, insanların immun sistemi çox güclü olmalıdır. Çünki səhiyyə sisteminin də gəldiyi son qənaət budur ki, hamı virusa yoluxmalıdır. Yəni qaçış yoxdur. Əhalinin böyük əksəriyyəti özlərinin də xəbəri olmadan yoluxaraq sağalıb. Çünki immunitetləri güclüdür. Odur ki, vəziyyət yaxşılığa doğru dəyişir. Hətta bu yaxınlarda Niderland laboratoriyalarında koronavirusa qarşı çox effektli dərman da kəşf olundu. Rob Elens adlı həkim onlarla insanı bu dərman vasitəsilə sağaltmağa nail oldu. Bura 60-80 yaş kateqoriyasından olan xəstələr aiddir. Lakin tezliklə satışı dayandırıldı. Çünki beynəlxalq istehsalçılar daha bahalı dərman və peyvəndlər istehsal etmək niyyətindədirlər. Bu preparat əsasən malyariya xəstəliyində istifadə olunur. Koronavirusa yoluxanların da 3-4 gün ərzində tam sağalmasını təmin edir. Odur ki, nəhəng istehsalçılar daha böyük gəlir əldə etmək üçün bu dərmanı bütün apteklərdən yığışdırdılar.
- Fatma xanım, bildiyiniz kimi İsveçdə yaşayan 22 yaşlı həmvətənimiz dünyasını dəyişdi. Niderlandda vəziyyət nə yerdədir?
- Hələ ki, ətrafımda olan soydaşlarımız arasında koronavirusdan dünyasını dəyişən olmayıb. Lakin yoluxma halları var. Tezliklə bu ağır günləri geridə qoyacağımıza əminəm. İnsanlar narahatdır, tədbirlərimizi, bayramlarımızı, anım günlərimizi qeyd edə bilmədik. Amma yenə də dediyim kimi vəziyyət stabilləşmək üzrədir.