Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2019 15:44
“Qəbələ” müdafiəçi Urfan Abbasovla yollarını ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
27 yaşlı müdafiəçi 2011/12 mövsümündən komandanın şərəfini qoruyub. O, bu müddətdə 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. Urfan bütün qollarını ölkə çempionatında vurub.
O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub.
Qeyd edək ki, mövsüm başa çatandan sonra Cavid Hüseynov, Elvin Camalov, Stiven Jozef Monroz, Lalavele Atakora, Sabien Lilay və Rauf Əliyev də "Qəbələ"dən ayrılıb.