Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropada daha bir liqaya erkən yekun vuruldu – Rəsmi

Avropada daha bir liqaya erkən yekun vuruldu – Rəsmi

Tarix: 2 May 2020 10:00

Niderland və Fransadan sonra Avropanın daha bir ölkəsində futbol mövsümünə vaxtından əvvəl yekun vurulub.

Qol.az xəbər verir ki, 2019/20 mövsümü Cəbəllütariq çempionatı koronavirus pandemiyasına görə başa çatdırılmayacaq. Bu haqda Cəbəllütariq Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb hökumətin assosiasiyaya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirməsi olub.

Assosiasiya UEFA ilə müzakirə etdikdən sonra 2020/2021 mövsümü üçün avrokuboklara vəsiqələri də müəyyənləşdirib. Altı komandanın yarışdığı liqadan turnir cədvəlindəki hazırkı mövqeyinə əsasən birinci pillədəki "Europa" Çempionlar Liqasında, ikinci sıradakı "Sent-Cozefs" Avropa Liqasında mübarizə aparacaq. Ölkə kuboku başa çatmadığı üçün 39 xalla 3-cü yerdə olan "Linkoln" də Avropa Liqasında çıxış edəcək.

 


Etiketlər:  Avropada daha liqaya erkən yekun vuruldu Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ