Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 11:50
Türkiyədə müğənnilik karyerasını uğurla davam etdirən, "Azəri qızı" ləqəbi ilə məşhurlaşan Günel Zeynalovanın sosial mediadakı paylaşımı diqqət çəkib.
Sonxeber.net big.az-a istinadla xəbər verir ki, ifaçı arxivindən fotolar paylaşıb. Fotolarına "Arxivi araşdırarkən özümü saç rəngimi dəyişmiş halda tapdım. Yenə fındıq qabığı olum deyə düşünürəm..." şərhini yazaraq saç rəngində dəyişiklik etmək istədiyini bildirib.
Xatırladaq ki, Günel daha öncə paylaşdığı fotolarında izləyicilər müğənninin yenidən etdirdiyi plastik və estetik əməliyyatlarını ona səhv tutublar. İfaçı da paylaşdığı digər fotolarda "Bu arada fotolarımın şərhinə keçmiş görünüşmlə bağlı ən kiçik nəsə yazılsa, həmin an o izləyicini blok edəcəm, xəbəriniz olsun" yazaraq izləyicilərinə xəbərdarlıq edib.