Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 12:34
“Qarabağ” koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yadım edib.
Qol.az-ın xəbərinə görə, klub rəhbərliyinin dəstəyi ilə Ağdam rayonunda bir qrup imkansız ailəyə ərzaq yardımı edilib. Klub “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu addımı atıb.
Xatırladaq ki, daha öncə “Qarabağ” klubunun sponsoru olan “Azersun” Holdinq Koronavirusla Mübarizə Fonduna 2 milyon, komandanın baş məşqçisi Qurban Qurbanov 20 min, futbolçular isə 50 min manat məbləğində yardım ediblər.