Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2020 19:12
Koronavirus-COVİD-19-a yoluxanlar, daha çox ağırlaşma keçirənlər və eləcə də həyatını itirənlər arasında kişilərin daha çox olduğu bildirilr. İndiyə kimi bununla bağlı dünya mediasıda bir çox məlumatlar açıqlanıb. Bəs bu nədən irəli gəlir? Kişilərin COVİD-19-a qarşı həssaslığı nə ilə bağlıdır?
Sonxeber.net e-tibb.az-a istinadən bununla bağlı İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Uzmanı Nazxanım Qasımovanın hazırladığı məqaləni təqdim edir:
Aparılan araşdırmalara əsasən, kişi və qadın orqanizminin fərqliliyi ilə əlaqədar, mövcud xəstəliyə yoluxma və xəstəliyin gedişatı kişilərdə və qadınlarda fərqlənir. Bunun bir neçə fizioloji və sosial səbəbləri var :
1) Qadınlarda esterogen hormonu üstünlük təşkil edir ki, bu səbəbdən bir çox infeksiyalara daha davamlıdırlar.
2) İnsanın X xromosomu daha çox onun immun cavab mexanizm genlərini daşıyır. Qadınlarda 2 ədəd X xromosomu, kişilərdə isə 1 ədəd X, 1 ədəd Y xromosomu vardır.
3) Qadınların bağırsaq mikroflorası kişilərinkindən fərqlənir və daha üstün immun qorunmanı təmin edir. (Kişi və qadının immun cavab mexanizminin yaradılışdan fərqli olmasının əsas səbəbi, qadınların ana olması, hamiləlik yaşaması və hamiləlik dövründə körpəni sona qədər daşıya bilməsi ilə bağlıdır.)
Bundan əlavə sosioloji səbəblər də az deyil:
1 ) Kişilər daha çox siqaret çəkir və spirtli içkilər qəbul edir. Zərərli vərdişlərin çoxluğu ilə bağlı olaraq, kişilərdə xroniki ürək-damar sistemi xəstəlikləri və tənəffüs yolu xəstəlikləri daha sıx rast gəlinir.
2 ) Kişilər qadınlarla müqayisədə daha az həkimə müraciət edir.
Yuxarıda sadalanan səbəblərlə bağlı kişilər daha çox risk altında hesab edilir.
Hazırlanan vaksinin və ümumən Covid xəstələrinin müalicəsində və xəstələrə yanaşmada cins ayırımının nəzərdə tutulması çox önəm kəsb edir.