Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2020 18:05
Güzgüyə baxıram və yaşlandığımı görürəm. Üstəlik anama bənzəməyə başladım və bu, çox xoşuma gəlir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İradə İbrahimova İnstaqram səhifəsində yazıb. Sənətçi qadın gözəlliyindən bəhs edib. Qocaldığını vurğulayan İbrahimova getdikcə anasına daha çox bənzədiyini qeyd edib:
"Gözəlliklə bağlı hər kəsin fikri fərqlidir, amma mən bir qadında ən çox ağıllı, düşüncəli olmağı, özünü qarşısındakı insanın yerinə qoyaraq, onun duyğu və düşüncələrini düzgün başa düşməyə çalışmağını çox sevirəm. Zehn boşsa, ürək qaranlıqdırsa, bunu ört-basdır edə biləcək heç bir makiyaj vəsaiti yoxdur.
Xarici gözəlliyə baxmayın, siz qarşınızdakı insanın ürəyinizə əmanət etdiyi sözlərə, davranışa, əxlaqa baxın".